EN

“Tiqran komadadır, mənsə xərçəngəm” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə aldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Yaxşı olduğumu yazmaqdan məmnun olardım, amma heç vaxt yalan danışmamağa çalışıram. Tiqran hələ də komadadır, mən də xərçəngdən müalicə alıram”, – Simonyan bildirib.

O, həmçinin kimyaterapiyaya hazırlaşdığını açıqlayıb:

“Tezliklə məni pariklərdə görəcəksiniz.”

Xatırladaq ki, sentyabrın 7-də “Vladimir Solovyovla axşam” verilişində Marqarita Simonyan ona dəhşətli və ciddi xəstəlik diaqnozu qoyulduğunu açıqlayıb. Marqarita Simonyanın əri, 59 yaşlı rejissor və NTV-nin aparıcısı Tiqran Keosayan 2025-ci ilin yanvarında klinik ölüm keçirib və o vaxtdan komadadır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
konkret.az

2Sources