EN

Bu universitetdə dərslər hələ indi başlayır

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Business Administration) üzrə dərs alan tələbələri yeni dərs ilinə bu gündən başlayacaqlar. 

Dərslərin gecikməsi ilə bağlı Modern.az-a məlumat verilib. 

Bu barədə universitetin mətbuat katibliyi ilə əlaqə saxlasaq da, dərslərin sentyabrın 15-dən başlandığını bildirilib:

"Sentyabrın 15-dən dərslər başlayıb. Hansısa tələbələrin çaşqınlığı, sualı varsa dekanlığa müraciət edə bilər".

Qeyd edək ki, 2022-ci ildən ADMİU-da Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramına start verilsə də, modul tipli keçirilən dərslərin effektivliyi müzakirə olunan mövzulardan idi. "Ömürboyu təhsil proqramı"na daxil edilən MBA bu ildən etibarən Kulturologiya fakültəsinə verilib. Dərslərin gecikmə səbəbi də məhz bununla izah olunur. 

Fakültənin əməkdaşları isə müəyyən səbəblərdən dərslərin başlandığı tarixdə gecikmələrin olduğunu və dərslərin bu gündən başlayacağını təsdiqləyib.  

Chosen
11
5
gundem.az

6Sources