EN

Kızılcık şerbeti ilə bağlı daha bir iddia: Aktrisalar əlbəyaxa dava edib

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Türkiyə istehsalı “Kızılcık şerbeti “serialı növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, serialda Pembe obrazını canlandıran aktrisa Sibel Taşçıoğlunun layihədən ayrılma səbəbi ilə bağlı yeni iddia ortaya atılıb.

İddiaya görə, Nilay obrazını canlandıran aktrisa Feyza Civelek çəkiliş zamanı kreslonu batırıb və günahı S.Taşçıoğluna atıb.

Hətta aktrisaların bu məsələyə görə əlbəyaxa dava etdiyi, S.Taşçıoğlunun F.Civeleke şillə vurduğu bildirilir.

Həmçinin qeyd edilir ki, yaranmış vəziyyətdən sonra layihənin ssenaristi olan F.Civelekin anası S.Taşçıoğluya ölüm səhnəsi yazıb.

Bundan əvvəl verilən açıqlamalarda isə S.Taşçıoğlunun layihədən ayrılmasının səbəbinin ssenaridəki dəyişikliklər olduğu, Pembe obrazının hekayəsinin bitdiyi açıqlanmışdı.

Serialı çəkən “Gold yapım” şirkəti də iddialara münasibət bildirib.

“Son günlər sosial şəbəkələrdə “Kızlık şerbeti” serialımızın çəkiliş heyəti ilə bağlı yayılan yalan və əsassız iddialar həqiqətə uyğun deyil.

Pembe obrazının süjet xətti bitdi və bu səbəbdən aktrisamız serialımızın heyətindən ayrıldı. Bu gedişdən 5 ay sonra mətbuatda və sosial şəbəkələrdə aktyor heyətimizlə bağlı yalan iddiaların seriallarımıza ziyan vurmaq məqsədi daşıdığı aydındır.

İctimaiyyətdən yalnış, əsassız xəbərlərə və spekulyasiyalara etibar etməməyi xahiş edirik”, - deyə məlumatda bildirilib.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
olke.az

3Sources