EN

AMEA Rəyasət Heyəti aparatının əməkdaşları üçün ödənişsiz göz müayinəsi həyata keçirilib

Sentyabrın 22-də Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar həkim-oftalmoloq heyəti tərəfindən AMEA Rəyasət Heyəti aparatının əməkdaşları üçün ödənişsiz göz müayinəsi həyata keçirilib.

Göz müayinəsi prosesini AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Elmar Qasımov da müşahidə ediblər.

Akademik İsa Həbibbəyli bir sıra nəşrləri Mərkəzin direktoru professor Elmar Qasımova hədiyyə edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar həkim-oftalmoloq heyəti tərəfindən əməkdaşların görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması məqsədilə onların göz təzyiqi və refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyaları yoxlanılıb, zəruri məsləhətlər və tövsiyələr verilib, ehtiyacı olanlar müvafiq istiqamətdə yönləndiriliblər.

Sentyabrın 23-də isə AMEA-nın Əsas binasının önündə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlar üçün növbəti ödənişsiz göz müayinəsi həyata keçiriləcək.

Chosen
3
2
veteninfo.az

3Sources