EN

Böyük qayıdış: Növbəti köç karvanı Həsənriz kəndinə çatıb - YENİLƏNİB  

Tərtər rayonundan yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndində 29 ailə olmaqla, 115 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

12:43

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 29 ailə - 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
12
9
azerbaijan-news.az

10Sources