AZ

Həsənrizə köçən sakinlərə mənzillərin açarları təqdim edildi - YENİLƏNDİ - FOTO

"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır".

Bu barədə News24.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

"Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb", - deyə məlumatd qeyd edilib. 


***

13:00

Sentyabrın 22-də Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr doğma yurdlarına qayıdaraq yeni evlərə köçürülüblər.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb. Kənddə ailələrin qarşılanma mərasimi keçirilib. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev  tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib., məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.




Seçilən
24
1
news24.az

10Mənbələr