EN

Sürücüsü iş adamını güllələdi

Ankaranın Çankaya rayonunda iş adamı Z.E. sürücüsü Z.Ş. tərəfindən silahla vurularaq yaralanıb.

Sabahinfo.az xəbər verir ki, hadisə səhər saatlarında Cevizlidere küçəsində, avtomobildə baş verib.

İnşaat sektorunda fəaliyyət göstərən Z.E. ilə sürücüsü arasında avtomobildə mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Z.Ş. yanında olan tapança ilə müdirinə atəş açıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ayağından yaralanan Z.E.yə ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.

Hadisədən sonra qaçan Z.Ş. qısa müddətdə saxlanılıb və hadisə zamanı istifadə etdiyi silah ələ keçirilib.

Saxlanılan Z.Ş. ilkin ifadəsində müdiri tərəfindən adına şirkət qurulduğunu, şirkətin batdığını və borcların ödənilmədiyini bildirib. Məhz bu səbəbdən mübahisə etdiklərini və hadisənin baş verdiyini deyib.

Polis hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

Chosen
5
50
sabahinfo.az

10Sources