EN

Binada yaşayanlar mütləq oxusun: Qanunsuzdur

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Bəzi binalarda Mənzil-Tikinti Kooperativləri (MTK) lift haqqını ödəməyən sakinlərin bundan istifadəsini məhdudlaşdırmaq üçün cihazları deaktiv edirlər. Bununla bağlı zaman-zaman sosial şəbəkələrdə narazılıqlar səsləndirilir. 

Bu, qanunidirmi? Belə vəziyyətlə üzləşən şəxslər hüquqlarını necə qorumalıdırlar?

Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, 14 avqust 2025-ci il tarixində Ali Məhkəmə bu işlərlə bağlı qərar qəbul edib.

Elçin Sadıqov

“Lift haqqını ödəməyən şəxsin ondan istifadə etməsi üçün verilmiş cihazın deaktiv edilməsi qanunsuzdur. Ali Məhkəmə vurğulayıb ki, bu kimi ödənişlərin tutulması üçün bina sakinlərinin ümumi yığıncağında müvafiq qərarın qəbul olunması, eləcə də tərəflər arasında bağlanmış müqavilədə bu halların dəqiq şəkildə əks etdirilməsi zəruridir. Belə qərar və müqavilə müddəaları olmadıqda, vətəndaşlardan bu cür xərclərin tutulması və onlara faiz hesablanması qanunsuz sayılır”.

Vəkil onu da əlavə edib ki, belə hallarla qarşılaşan vətəndaşlar məhkəməyə müraciət etsələr, uğur qazanacaqlar.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
globalinfo.az

1Sources