EN

Mikayıl Cabbarov: "Forumun ikinci günündə də yeni mühüm sənədlər imzalanacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə imzalanmış sənədlərin ümumi dəyəri 5.5 milyard ABŞ dollarından artıqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, forum həm ölkəmiz, həm də bölgəmiz üçün əhəmiyyətli tarixi mərhələyə təsadüf edir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və ABŞ-nin Prezidenti Donald Trampın 8 avqustda imzaladığı sənədin məntiqi nəticəsi olaraq, Cənubi Qafqazda və daha geniş coğrafiyada iqtisadi fəallığın artması üçün imkanlar genişlənməkdədir. Forum həm iştirakçıların sayı və keyfiyyəti, həm dövlət sektoru, həm də korporativ təmsilçilərin qatılması ilə Azərbaycana və biznesə olan marağın göstəricisidir. Tədbirin Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi isə ölkəmizin artan geoiqtisadi rolunun bir təzahürüdür".
Mikayıl Cabbarov qeyd edib ki, forumun birinci günündə imzalanmış bir sıra vacib kommersiya sənədləri var:
"Xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin investorları tərəfindən həyata keçirilən, bir neçə milyard dollarlıq daşınmaz əmlak layihəsini vurğulamaq istərdim. Bununla yanaşı, bölgədə ilk dəfə dəniz suyunun duzsuzlaşdırılması üzrə müəssisənin yaradılması ilə bağlı Səudiyyə Ərəbistanı şirkəti ilə saziş imzalanıb. Yalnız birinci gün imzalanmış layihələrin ümumi dəyəri 5.5 milyard ABŞ dollarından artıqdır".
Nazir əlavə edib ki, sabah Forumun ikinci günündə də yeni mühüm sənədlər imzalanacaq:
"Onlar həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimizin həyata keçirəcəyi iqtisadi və investisiya layihələrini əhatə edəcək. Sabahkı panel sessiyaları da bu gün olduğu kimi maraqlı və məzmunlu olacaq. Burada dövlət qurumları, nazirliklər, beynəlxalq düşüncə mərkəzləri və ölkəmizdə fəaliyyət göstərən iri şirkətlər təmsil olunacaq".
Məhərrəm Əliyev
Chosen
31
5
oxu.az

10Sources