Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağman adlanan yaşayış massivi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü X.Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.