EN

XRİTDX “CyberKumbez” yarışmasında iştrak edib

Ajans.az xəbər verir ki, “KazHackStan” konfransı hər il Mərkəzi Asiya regionunun kibertəhlükəsizlik mütəxəssislərini, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirir. Proqram çərçivəsində “Government & Business Day”, “Secure Development Day” və “Hack Day” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar və panel müzakirələri təşkil olunmuşdur. XRİTDX-nin nümayəndə heyəti tədbirin əsas hissələrindən biri olan “CyberKumbez” yarışmasında iştrak etmişdir. Yarışma real infrastruktur ssenarilərinə əsaslanan və ‘ağıllı şəhər’ (“Smart City”) mühitinin simulyasiya olunduğu platformada hücum–müdafiə (“Red Team vs Blue Team”) formatında keçirilmişdir. Yarışmada “Blue Team” komandaları “Red Team” tərəfindən həyata keçirilən hücumları qeydə alır, onların gedişatını izləyir və nəticələri sənədləşdirirdilər. 25 Red Team komandasına qarşı çıxış edən “Blue Team”-lər arasında “AzCyberDefense” komandası 3-cü yerə layiq görülmüşdür. Azərbaycanın “AzCyberDefense” komandasının ilk dəfə qatıldığı bu beynəlxalq sınaqda üçüncü yeri tutması ölkənin kibertəhlükəsizlik potensialının artdığını və gənc mütəxəssislərin yüksək peşəkarlığını nümayiş etdirmişdir.

Chosen
4
1
Ajans.az

2Sources