AZ

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışmasında 3-cü yeri tutdu

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüte İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) nümayəndə heyəti Qazaxstanın Almatı şəhərində Orta Asiyanın ən böyük kibertəhlükəsizlik konfranslarından biri olan “KazHackStan 2025” iştirak edib.

“Poliqon” XRİTDX-yə istinadən xəbər verir ki,  “KazHackStan” konfransı hər il Mərkəzi Asiya regionunun kibertəhlükəsizlik mütəxəssislərini, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirir.

Proqram çərçivəsində “Government & Business Day”, “Secure Development Day” və “Hack Day” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar və panel müzakirələri təşkil olunub.

XRİTDX-nin nümayəndə heyəti tədbirin əsas hissələrindən biri olan “CyberKumbez” yarışmasında iştrak edib. Yarışma real infrastruktur ssenarilərinə əsaslanan və ‘ağıllı şəhər’ (“Smart City”) mühitinin simulyasiya olunduğu platformada hücum–müdafiə (“Red Team vs Blue Team”) formatında keçirilib. Yarışmada “Blue Team” komandaları “Red Team” tərəfindən həyata keçirilən hücumları qeydə alır, onların gedişatını izləyir və nəticələri sənədləşdirirdilər. 25 Red Team komandasına qarşı çıxış edən “Blue Team”lər arasında “AzCyberDefense” komandası 3-cü yerə layiq görülüb. Azərbaycanın “AzCyberDefense” komandasının ilk dəfə qatıldığı bu beynəlxalq sınaqda üçüncü yeri tutması ölkənin kibertəhlükəsizlik potensialının artdığını və gənc mütəxəssislərin yüksək peşəkarlığını nümayiş etdirib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1758544003923a70dd68db78cd288de9e2d85a06e4

Seçilən
7
1
poliqon.az

2Mənbələr