EN

AQTA: Qazax Tovuz regionunda 117 ictimai iaşə müəssisəsində tələblərin pozulduğu aşkarlanıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 117 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

Sözügedən müəssisələrin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
11
azertag.az

10Sources