EN

"Grok"un yeni modeli nümayiş olunub  

"xAI" şirkəti süni intellekt modelinin yeni versiyası olan "Grok 4 Fast"ı təqdim edib. O, 40 faiz daha az hesablama tokeni istifadə edir. Bu, sorğuların yerinə yetirilmə dəyərini orijinal model ilə müqayisədə təxminən 98 faiz azaltmağa imkan verir. "Grok 4 Fast"ın əsasında dərin təhlil və sürətli cavab rejimlərini birləşdirən innovativ arxitektura yatır.

Yeni modelin əsas texniki xüsusiyyətlərindən biri iki milyon token həcmində kontekst pəncərəsinin dəstəklənməsidir, bu da onun böyük informasiya massivlərini emal etmə və təhlil etmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

"Grok 4 Fast" artıq "OpenRouter" və "Vercel AI Gateway" platformaları, həmçinin veb-tətbiqlər, "iOS" və "Android" üçün "xAI API" vasitəsilə son istifadəçilər üçün əlçatandır. 

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Chosen
27
4
azerbaijan-news.az

5Sources