EN

Yeni filmin çəkilişlərinə başlayırlar

Yeni

Hollivudun məşhur kinorejissoru Martin Skorsezenin qotik janrda yazılmış roman əsasında yeni film çəkəcəyi məlum olub. Rejissorun gələn il lentə alacağı bu yeni ekran əsərində baş rollarda Di Kaprio və Cennifer Lourens oynayacaq.

Reyting.az
xəbər verir ki, kino tənqidçilərinin fikrincə, Skorsezenin amerikalı məşhur yazıçı Piter Kemeronun "Gecə nələr baş verir?" adlı qotik romanı əsasında çəkəcəyi bu film onun yaradıcılığında yeni bir mərhələ olmaqla yanaşı, süjetə orijinal baxışı ilə seçiləcək.

Məlumata görə, rejissor əvvəlcə layihəyə yalnız bir prodüser kimi qatılmaq istəsə də, sonradan bu filmin rejissorluğunu o, öz üzərinə götürməyə qərar verib. Layihə müzakirələri zamanı məşhur kinorejissor öz namizədlərini verib. Bu filmdə artıq baş rollara təsdiqlənən Leonardo Di Kaprionun, Cennifer Lourensin seçilməsi Martin Skorsezenin təşəbbüsü sayəsində gerçəkləşib.

Filmin ssenarisi Patrik Marber tərəfindən yazılıb.

Artıq "Apple" şirkəti də bu layihənin istehsalı ilə bağlı danışıqlara başlayıb.

Filmin çəkilişlərinin 2026-cı ilin yanvarında başlanacağı gözlənilir. Ekran əsərinin nümayiş ilə bağlı tarix isə hələlik açıqlanmayıb.

Oqtay QORÇU
Chosen
13
1
reyting.az

2Sources