ain.az, Fanat portalına istinadən məlumat verir.
Bu gün 1-ci Liqanın 3-cü turu çərçivəsində "Şəmkir"i qəbul edən "Quba" 1:0 hesablı qələbə qazandı. Komandanın baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məlum məsələ idi ki, "Xankəndi"yə məğlubiyyətdən sonra üzərimizdə həddindən artıq böyük təzyiq var idi. Bu qələbə sayəsində ilk növbədə həmin təzyiqi üzərimizdən atdıq. Ötən mövsüm evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzmuşduq. Rəqibin baş məşqçisi Vüqar Nadirov daha öncə "Quba"nı çalışdırdığı üçün bu matç prinsipial əhəmiyyət daşıyırdı. Qubada leysan olduğu üçün açığı, bu həftə istədiyimiz kimi məşq edə bilməmişdik. Beş məşqdən üçünə çıxa bildik ki, onda da hava şəraiti ciddi problem yaratdı. Əsas odur ki, özümüzdə güc tapıb toparlandıq və qələbə sayəsində çempionluğa olan inamımız artdı. Rəqibi çox yaxşı təhlil etmişdik. "Şəmkir"in harada boşluqları olduğunu öyrənmişdik və oyun zamanı bu məqamları nəzərə aldıq. İstədiyimiz nəticəni əldə etdik, qubalıları sevindirdik və yolumuza davam edirik. Qarşıdakı matçlara baxacağıq. Bir gün istirahətdən sonra növbəti oyunun hazırlıqlarına start verəcəyik".
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.