“Şamaxı”nı zədə epidemiyası bürüyüb.
“Zirə” ilə qarşılaşmanın gedişində Andrey Tırkoveanonu itirən bölgə təmsilçisi növbəti üzücü xəbəri Edqar Adilxanovdan alıb.
Ötən mövsümün kəşflərindən olan U-21 millimizin üzvü əməliyyat olunacaq.
Buna səbəb futbolçunun qasıq halqasında baş qaldıran ağrılardır.\Həkim müayinəsindən keçən Edqarın təcili əməliyyat olunması məqsədəuyğun sayılıb.
Bu isə o deməkdir ki, cinah oyunçusu azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Adilxanov zədə səbəbindən komandasının “Karvan” və “Zirə” ilə matçlarını kənardan izləyib.
HƏBİB / SPORTİNFO.AZ