EN

Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışıb

BAKI, 22 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan NATO ilə tərəfdaşlığın davam etdirilməsinin vacibliyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, İrəvanda NATO Parlament Assambleyasının prezidenti Markos Perestrella görüşündən sonra bildirib.

Baş nazir Ermənistanın sülhməramlı missiyalarda və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş proqramlarda iştirakının mühüm önəmindən bəhs edib.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistan NATO Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına (İPA) qoşulub. 2005-ci ilin dekabrında imzalanmış sənəddə alyansın regional təhlükəsizlik və Ermənistanın təhlükəsizlik strategiyasının, habelə hərbi doktrinasının hazırlanması üzrə məsləhətləşmələrdə iştirakını nəzərdə tutur.

Ötən ilin oktyabrında ölkənin NATO ilə tərəfdaşlığının 30-cu ildönümü münasibətilə Ermənistan Xarici İşlər Nazirliyi alyansla daha güclü tərəfdaşlıq qurmağı səbirsizliklə gözlədiyini bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyi isə Ermənistana NATO ilə yaxınlaşma riskləri barədə xəbərdarlıq edib.

Chosen
15
1
teleqraf.com

2Sources