EN

BTC ilə neçə ton Azərbaycan nefti ixrac edilib? - Nazir

Bu günə qədər Azərbaycandan Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına 540 milyon ton neft nəql edilib.

Axar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı deyib.

"Bu günə qədər Bakı-Tiflis-Ceyhan neft kəməri ilə dünya bazarlarına Azərbaycandan 540 milyon ton , Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft nəql edilib. Hazırda Mərkəzi Asiya ilə əməkdaşlıq birgə layihələr vasitəsilə daha da inkişaf edir", - nazir qeyd edib.

Chosen
7
axar.az

1Sources