EN

Kivinin faydaları və ehtiyat tədbirləri: Nələri bilməlisiniz?

Kivi tropik giləmeyvə olaraq C vitamini, E və K vitaminləri, kalium və maqneziumla zəngindir.

E-saglam.az xəbər verir ki, diyetoloqlar bildirir ki, meyvə həzm sistemini dəstəkləyir, ürək-damar sağlamlığını qoruyur, sinir sisteminə müsbət təsir göstərir və dərini cavanlaşdırır.

Bununla yanaşı, mütəxəssislər allergiyası olan şəxslərin kivi istehlakında ehtiyatlı olmalarını tövsiyə edir. Həddindən artıq yemək ishala səbəb ola bilər, böyrək xəstəlikləri və qastriti olanlar üçün tövsiyə edilmir. Turşuluğu səbəbindən diş minasına zərər verə bilər.

Kivi təkbaşına yeyilə bilər, həmçinin salat, smuzi, sendviç və desertlərdə istifadə olunur. Yetişmiş meyvələr yumşaq, lakin çürük və boşluqsuz olmalıdır, soyuducuda 2–4 həftə saxlanmaq mümkündür.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
24
e-saglam.az

1Sources