EN

Tokayev Trampla danışdı, daha sonra ən böyük saziş imzalandı

Bu gün ABŞ Prezidenti Donald Tramp ilə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığından sonra Qazaxıstan tarixində ən böyük lokomotiv tədarükü üzrə saziş imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik sosial şəbəkə hesabında yazıb.

“Bu 4 milyard dollarlıq müqavilə bizim ən mühüm sahələrimizdən birinə güclü dəstək verir. Söhbət dünyada lider olan Amerika innovasiyalarından, Texas və Pensilvaniyada minlərlə iş yerinin dəstəklənməsindən və ABŞ ilə Qazaxıstan arasında tərəfdaşlığın möhkəmlənməsindən gedir. Bu lokomotivlər Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsini təmin edəcək, əsasında Amerika texnologiyaları dayanan Orta dəhlizi birləşdirəcək”, - Lutnik qeyd edib.

Chosen
4
3
bakivaxti.az

4Sources