EN

“Boeing” F-47 qırıcısının istehsalına başlayır

“Boeing”

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb.

APA xəbər verir ki, bu haqda “The War Zone” məlumat yayıb.

Qırıcının ilk uçuşunun 2028-ci ilə planlaşdırıldığı bildirilir.

Məlumatda bildirilir ki, ilk prototipin istehsalına “Boeing”in mart ayında müsabiqədə qalib gəldiyini elan etməsindən cəmi bir neçə ay sonra başlanıb.

F-47 proqramı pilotsuz uçuş aparatlarının (PUA), yeni mühərriklərin, silahların, elektron döyüş sistemlərinin və döyüş idarəetmə sistemlərinin inkişafını da əhatə edən “Next Generation Air Dominance” (NGAD) təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir.

Layihənin təfərrüatları gizli saxlanılır. F-47-nin 1000 dəniz milindən çox döyüş radiusuna, mak 2-dən çox sürətə və ən son gizli texnologiyalara malik olacağı gözlənilir.

ABŞ Hərbi Hava Qüvvələri hər birinin qiyməti 300 milyon dollardan çox ola biləcək bu təyyarələrdən ən azı 185-ni almaq niyyətindədir.

Chosen
47
2
xalqcebhesi.az

3Sources