BAKI, 23 sentyabr. TELEQRAF
"Barselona"nın və İspaniya millisinin futbolçusu Aytana Bonmati qadınlar arasında "Qızıl top" mükafatını qazanıb.
Teleqraf xəbər verir ki, Bonmatiyə mükafatı əfsanəvi futbolçu Andres İneyesta təqdim edib.
Bu, Aytana Bonmatinin ardıcıl üçüncü "Qızıl top" mükafatıdır.