EN

Usman Dembele 2025-ci ilin “Qızıl top” qalibi oldu

2025-ci ilin “Qızıl top” mükafatının sahibi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb.

Ötən mövsümdə Dembele Paris komandası ilə Fransada çempionluq, Kubok və Superkuboku qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, futbolçu klub dünya çempionatının finalına qədər irəliləyib.

Qeyd edək ki, ötən mövsüm bu mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı. Bu, ispan futbolçu üçün ilk belə fərdi uğur olmuşdu.

“Qızıl top”un tarixində ən çox mükafat qazanan futbolçu isə argentinalı hücumçu Lionel Messidir – o, bu mükafatı səkkiz dəfə qazanıb. İkinci pillədə isə portuqaliyalı hücumçu Kriştianu Ronaldo beş qələbə ilə qərarlaşıb.

Chosen
30
2
90deqiqe.az

4Sources