EN

Dronlar Danimarkada aeroportun işini iflic etdi - Norveçdə hava həyəcanı elan olundu

BAKI, 23 sentyabr. TELEQRAF

Danimarkanın paytaxtı Kopenhagendə dronlar səbəbindən hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, Kopenhagen hava limanında təyyarələrin gediş-gəlişi dayandırılıb.

Ərazidə 2-3 böyük dronun müşahidə edildiyi bildirilir. Hava limanının nə vaxta qədər bağlı qalacağı hələlik məlum deyil.

Qeyd olunur ki, azı 15 reys digər hava limanlarına yönləndirilib.

Eyni zamanda, Norveçdə hava həyəcanı elan edilib. Oslodakı Akershus hərbi qalası üzərində pilotsuz uçuş aparatlarının müşahidə edildiyi barədə məlumat daxil olub.

Faktla bağlı Sinqapurdan olan iki nəfərin saxlanıldığı bildirilir.

Chosen
101
teleqraf.com

1Sources