EN

Məşhur sovet komediyası Moldovada qadağan edildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moldovada sovet kinorejissoru Leonid Qaydayın "İvan Vasilyeviç peşəsini dəyişir" filminin nümayişinə qadağa qoyulub.

Oxu.Az "Sputnik Moldova"ya istinadən xəbər verir ki, yerli məmurların fikrincə, film militarist kontekst və siyasi məzmuna malikdir.

Qeyd edək ki, Moldova qanunvericiliyi ABŞ, Kanada, Aİ və ya Trans-sərhəd Televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya etmiş ölkələrdə hazırlanmayan xəbərlərin, analitik, hərbi və siyasi proqramların yayımlanmasını qadağan edir. Yalnız militarist məzmunu olmayan filmlər və əyləncə proqramları istisna təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
oxu.az

3Sources