EN

"Qızıl top"un sahibi bəlli oldu

"Qızıl Top" mükafatının sahibi açıqlanıb.

Milli.Az xəbər verir ki, kişi futbolçular arasında bu ada PSJ-nin ulduzu Usman Dembele layiq görülüb.

Sözügedən mükafatı ona Braziliyanın keçmiş futbol əfsanəsi Ronaldinyo təqdim edib.

Qadın futbolçular arasında isə "Barselona"nın oyunçusu Aytana Bonmati mükafatı qazanıb.

Xatırladaq ki, Fransa yığmasının da əsas futbolçularından olan Usman Dembele ötən mövsüm klubunun heyətində çıxdığı 60 matçda 37 qol vurub və 16 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az

Chosen
31
1
milli.az

2Sources