EN

“Barselona”dan böyük transfer hərəkatı

“Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Holannın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, “Barselona” futbolçunu transfer etmək istəyir. "El Nacional" nəşrində dərc edilən xəbərə görə, “Barselona” futbolçunu mövsümün sonunda heyətinə qatmaq istəyir. İddialara görə, “Mançester Siti” Holann üçün 100 milyon avro tələb edə bilər. Bəzi mənbələr isə bu məbləğin 150 milyon avro ola biləcəyini irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl Erlinq Holannın adı “Barselona” və “Real Madrid”lə hallanmışdı. Holannın müqaviləsində onun İspaniya klublarına transferini asanlaşdıra biləcək bəndin olduğu barədə iddialar dərc edilib.

Chosen
61
20
metbuat.az

10Sources