AZ

"Barselona"nın istədiyi ulduz futbolçu bilindi

"Barselona" "Mançester Yunayted"in futbolçusu Kobbi Maynunu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, "Barselona" Qavinin zədələnməsindən sonra onun yerini Maynu ilə doldurmaq istəyir. "Fichajes" nəşrində dərc edilən xəbərə görə, məşqçi Hans-Diter Flik Kobbi Maynunun transfer edilməsi üçün təlimat verib. Transfer növbəti transfer pəncərəsində reallaşa bilər.

Qeyd edək ki, Kobbi Maynu bu mövsüm "Mançester Yunayted"in heyətində bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
20
metbuat.az

10Mənbələr