EN

Meksikada itkin düşən müğənnilər ölü tapılıb

Meksikada qastrol səfərində olan kolumbiyalı müğənnilər – "DJ King" ləqəbli Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıblar.

Missiya.Az xəbər verir ki, bu barədə yerli “El Universal” nəşri məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-dan etibarən itkin düşən Sançes (31 yaş) və Herrera (35 yaş) paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıblar.

Meksika Baş Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb. Yerli mətbuat sənətçilərin ölümünün narkotik alveri ilə əlaqəli ola biləcəyini istisna etmir.

Qeyd edək ki, Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexikonun Polanko rayonundakı idman zalından çıxarkən görünüblər. DJ King konsertdən əvvəl sosial mediada paylaşım edərək Meksikadakı tamaşaçılara təşəkkürünü bildirib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
14
missiya.az

1Sources