EN

Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək

style='margin-bottom:10px;'>

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.

İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.

Chosen
72
3
teleqraf.com

5Sources