EN

Usman Dembele Qızıl topun sahibi oldu

Fransa milli komandasının və PSJ-nin futbolçusu Usman Dembele 2024-2025-ci illər mövsümünün ən yaxşı oyunçusu kimi France Football Ballon d’Or mükafatını qazanıb. PSJ ən yaxşı klub seçilib.

Fransanın paytaxtı Parisdəki Châtelet Teatrında “France Football” jurnalı tərəfindən “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

Dembele səsvermədə “Barselona”nın futbolçusu LaminYamala qalib gələrək mövsümün ən yaxşı oyunçusu adına “Qızıl top”u qazanıb.

PSJ-nin baş məşqçisi Luis Enrike mövsümün ən yaxşı məşqçisi seçilən Yohan Kroyff mükafatına layiq görülüb.

İspan məşqçi səsvermədə Hans-Diter Flik (Barselona), Enzo Mareska (Çelsi) və Arne Slotu (Liverpul) qabaqlayıb. Ötən mövsüm PSJ Fransa çempionluğu, Fransa Kuboku, Fransa Superkuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub, həmçinin Klublararası Dünya Çempionatını ikinci pillədə başa vurub.

Chosen
7
veteninfo.az

1Sources