EN

Emosional görünməsinin səbəbini açıqladı: “Qızımı axtarırdım!”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Arsenal”la oyundan (1:1) sonra emosional görünməsinin səbəbini açıqlayıb.

Matç başa çatdıqdan sonra ispan mütəxəssis qonaq sektorunun qarşısında dayanaraq azarkeşlərə alqış edərkən kameralara düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvardiola əslində qızını axtardığını bildirib:

“Əslində qızımı axtarırdım! Onu görə bilmədim.

Hamı artıq evinə, yaxşı pivə içməyə gedəndə mən nəhayət, qızımı gördüm. Ona görə də oyundan sonra elə diqqətlə tribunaya baxırdım”.

Chosen
123
sportinfo.az

1Sources