EN

Paraüzgüçümüzün qızıl və bürünc medalı

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın üç qat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub.

İdmançımız yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb. Çempionatın ikinci günündə R.Salei 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 58.17 nəticə göstərərək bürünc medal qazanıb.

Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 50 metr məsafəyə sərbəst üzmə üsulunda da mübarizə aparacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
17
1
xalqqazeti.az

2Sources