EN

Şəmistan Nəzirli və Fərman Eyvazlı- iki görkəmli sənətkar və eyni sonluqlu tale

Bu günlər sosial şəbəkələrin gündəliyini zəbt edən bir olay-görkəmli tədqiqatçı,yazıçı-publisist, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirlinin Qazaxda, MüəllimlərSeminariyasının binasında, ADA Universitetinin Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 140İllik yubileyinə həsr olunmuş tədbirində qəfil dünyasını dəyişməsi hamıda dərin bir təəssüfdoğurmuşdur.Şəmistan  Nəzirlinin ölümü həqiqətən  də istər ədəbiyyatımız, istər hərbi junalistikamız,istərsə də hərb tariximizin   öyrəniləsində müstəsna xidmətləri olan bir tədqiqtçınının itkisikimi böyük itkidir.Onun  ailəsi və sevənləri üçün çətin olan, itkisi ilə barışmaq istəməyən, onu sevən  insanlarüçün bu ağır günlərdə mən də istədim ki, Şəmistan müəllimlə bağlı xatirəmibölüşüm. Şəmistan Nəzirlini bir tədqiqtçı və yazıçı kimi qiyabi olaraq 1987-ci ildən tanıyırdım.Həmin il onun məşhir “Vurğun keçib bu yerlərdən” kitabı nəşr olunmuşdu. Səməd Vurğunaböyük məhbbəti olan bir azərbaycanlı kimi bu nəşr haqqında məlumat alndan dərhal sonrakitabı əldə edərək böyük həvəs və maraqla oxudum.

Kitabda Böyük Səməd Vurğun haqqında ovaxtadək bilmədiyimiz məlumatlar, şairin səfərləri, görüşləri, onun haqqında xatirələr və maraqlıəhvalatlar yer almışdı. Yadımdadır kitab çox sürətlə yayılmağa , oxunmağa başlandı və müəllifinəböyük popuıyarlıq gətirdi. O gündən məndə Şəmistan müəllimə qarşı dərin bir rəğbət və sevgiyaranmış, onunla əyani tanış və həmsöhbət olmaq arzusu baş qaldırmışdı. Belə bir gün 10 ildən sonra yetişdi.  1996-cı ilin noyabrı idi. Mən onda Mingəçevir Şəhər İcra hakimiyyətindəbaşçının müavini vəzifəsində işləyirdim. Həmin il Xalq şairi Səməd Vurğunun 90 illik yubileyininkeçirilməsi barədə Ümmilli liderimiz Heydər Əliyevin  sərəncamı var idi. Şairin Mingəçevirlə sıxbağlılığını nəzər alaraq (Böyük şairin məşhur “Muğan” poeması Mingəçevirin qurucularınahəsr olunmuşdu və onun qəhrəmanı Sarvan Salmanov Mingəçevirdə yaşayırdı) həm də onunyaradıcılığına və şəxsiyyətinə olan böyük sevgidən doğan bir həvəslə mən də Şairin 90 illikyubileyinin keçirilməsi barədə təşəbbüs qaldırdım və mənim təşəbbüsüm şəhər rəhbərliyitərəfindən hərtərəfli dəstəklə qarşılandı. Yubileyin keçirilmsi üçün Şəhər İcra Hakimiyyətibaşçısının vəzifələrini icra edən Dilqəm Alıyevin sərəncamı ilə, mənim sədrliyimlə təşkilatkomitəsi yaradıldı və yubileyin yüksək səviyyədə keçirilməsi barədə tapşırıq verildi.

Mən bütünqabiliyyətimi və bacarığımı səfərbər edərək yubileyin ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edirdim.Yubiley  noyabrın 27-nə təyin edildi.  Şəhəriin baş küçəsi - indiki Heydər Əliyevprospekti girişdən sonadək, eyni zamanda həmin prospekti perpendikulyar kəsən, şairin adını,daşıyan digər bir mərkəzi  küçə Səməd Vurğun küçəsi başdan başa şüarlarla, Şairin “Muğan”poemasından yazılan plakatlarla , bayraqlarla, şairin trafaret şəkilləri ilə bayramsayağı bəzədilmiş,minlərlə şəhər sakini və qonaqlar küçələrə çıxmışdı. Yubiley tədbirində iştirak etmək üçünQazaxdan, Gəncədən, qonşu Ağdaş, Yaevlax, Bərdə rayonlarından qonaqlar dəvət olunmuşdu.Tədbirdə Qazax Xeyriyyə Cəmiyyəti böyük heyətlə iştirak edirdi.

AkademikTeymur Bünyadov,Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Xalq şairi Vaqif Səmədoğlu, şair Həmid Abbas, yazıçı Fərman Eyvazlı və digərləri var idi. Qonaqlar arasında Şəmistan Nəzirli də gəlmişdi və mən bütün qonaqlar kim onu da böyük hörmətlə qarşıladım.Şəmistan müəllimlə arada bir az zaratlaşdıq da. Məndən soruşdu ki,  sən Qazağın hansıkəndindənsən. Mən cavab verdim ki, Abbasbəyli kəndindən. Dedi ki, mən elə bilirdim sən DaşSalahlıdansan. Aradan xeyli müddət keçdi. O, bir də mənə Daş Salahlı balası deyə müraciətelədi. Mən gülə-gülə dedim ki, mən Daş Salahlıdan deyiləm. O da cavabında dedi ki, Daş Salahlıolanda nə olar ki? Mən dedim ay Şəmistan müəllim , Daş  Salahlı Qazağın ən böyük və ən qədimkədidir. Ancaq indi mən neyləyim ki, oralı deyiləm. Xeyli gülüşdük. Həmin gün o mənəaftoqrafı ilə “Vurğun keçib bu yerlərdən” kitabını bağışladı. Aftoqrafda yazmışdı: “Əziz eloğlum,Ramiz Göyüşova xoş arzularla. P.S Daş Salahlı olmaq istəməyən vətənpərvər eloğluma müəllifdən.27 noyabr 1996-cı il”...

... Səhərdən başlayıb, bütün günü davam edən yubiey tədbirləri  axşam Mərziyə Davudovaadına Dövlət Dram Teatrının böyük salonunda yekunlaşacaqdı. Salon ağzınadək dolmuşdu.Çıxışlar və bədii proqramla qarışıq şəkildə aparılan tədbir sürəkli alqışlarla davam edirdi. Qonaqlar
əvvəlcədən tərtib olunan ssenari üzrə çıxış edirdiər. Yazıçı Fərman Eyvazlı çıxışa yazılmamışdı.Arada Vidadi Bayramov mənə dedi ki, Fərman Eyvazlı çıxış etmək istəyir. İmkan olan kimi onun daçıxışına imkan yarat. Mən də bu barədə tədbirin aparıcılarına tapşırıq verdim və elə növbəti nömrədə Fərman Eyvazlı çıxışa dəvət edildi. Fərman müəllim aramla səhnəyə qaxdı.Təxminən5-6 dəqiqə çıxış edərək Səməd Vurğundan bir xatirə danışdı. Çıxışının sonunda üzünü Şairinsəhnədən asılmış böyük portretinə tutaraq: ”Allah sənə rəhmət eləsin Ustad”- deyib, qalxdığıkimi də səhnədən  düşərək  yerinə keçdi. Aparıcılar növbəti nömrəni elan etdilər. Salondaişıqlar söndü və “Vaqif “ dramından bir səhnə oynanılmağa başladı. Fərman Eyvazlı  Vidadi müəllim-lə yanaşı oturmuşdu.

Birdən Vidadi müəllim mənə səsləndi ki, Ramiz burda həkim varsə təcili çağır bura gəlsin. Mən onlar tərəfə çevriləndə gördüm ki, Fərman müəllimin başı çiynindən aşağı düşüb.Təcili onu salonda çıxartdıq. Həkimlər tökülüşdü, ancaq neynədiksə artıq iş-işdən keçmişdi.Hər şey bir andaca baş vermişdi...2025-ci il Sentyabrın 20- də Şəmistan Nəzirli ilə onun həyatın son gününü, son dəqiqələrinibirlikdə keçirmiş dəyərli  mətnşünas, dilçi alim professor  Ədalət Tahirzadənin öz  Feysbook səhfə-sində böyük kədərlə qeydə aldığı Şəmistan Nəzirlinin əbədiyyətə gedən yolunun təfərrüatlarınıoxuduqdan sonra Mingçevirdəki olayı bir daha kədərlə xatırladım. Şəmistan müəlim də FərmanEyvazlı olayının şahidi olmuşdu və çox qəribədir ki, həmin tale onun da qismətinə yazılıbmış.

... Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 67 illik bir dövrdəbütün fəaliyyətini hərb tariximizə, Cümhuriyyət tarixinə, Azərbacan generallarının həyat vəfəaliyyətinə, xalqımızın və  dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olmuş görkəmlişəxslərin həyat və fəaliyyərinə, Səməd Vurğun ocağına, Vəkilovlar nəslinə aid faktlara söykənən,obyektivliyi ilə fərqlənən, dərin araşdırmalara həsr etmişd. O, ağır zəhmətin, fədakar vətəndaşlıqmövqeyin  məhsulu olan 30-dan cox iri həcmli, çox dəyərli kitabalrın müəllifidir və bu kitablardayazılan sətirlərin hər birinin altında  tariximiz yatır. Onun “ Vurğun keçib bu yerlərdən”, “ Vurğunömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”,“Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqrafgeneral İbrahim ağa Vəkilov”, ”Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “GeneralYadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri”,“Nüfuzlu nəsillər tarxindən” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixifaktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir.Heç şübhəsiz gələcək nəsillər tariximzin yeni səhfəlrini yazarkən hökmən Şəmistan Nəzirlinin bu əvəsiz mənbəələrinə müraciət edəcəklər.Bununla yanşı mən onun “ Qoridən gələn qatar” kitabı üzərində xüsusi olaraq dayanmaq istədim.... İndi hər kəsə məlumdur kİ, Azərbaycan təhsilinin tarixində Qazax Müəllimlər Seminariyasınınmüstəsna yeri olmuşdur.  1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsininQazağa köçürülməsi, onun bazasında Qazax Müəllimlər Seminariyasının təşkili Qazaxda yeni birzümrənin –müəllimlər dəstəsinin yaranmasına səbəb oldu.

Müəllimlər Seminariyasının ilk buraxılış-ları əsasən Qazax mahalından olan insanlar idi. Və sonrakı tariximizdə Qazax müəllimlər Seminariyasıtəkcə  müəllimlər ordusu yetişdirmədi, həm də  bütöv bir ziyalılar nəslinin yaranmasına səbəb oldu. Müəllifin, yarandığı tarixdən başlayaraq, sonrakı dövrlərdə zaman-zaman Azərbaycanımızıntarixində mühüm rol oynamış Seminariyanın tarxi, onun yaradılması, təşəkkülü, inkişafı və Azərbaycantəhsilnin tarixindəki mövqeyi barədə əvəzsiz bir mənbə  olan “Qoridən gələn qatar” kitabının müstəsna bir əhəmiyyəti var və o özü bu elmi-tarxi kitabına böyük bir sevgi ilə yanaşırdı. Sonrakıillərdə xalqımızın görkəmli ziyalısı, ictimai-siyasi və dövlət xadimi, təhsilimizin fədaisi ADA Universi-tetinin  rektoru Hafiz Paşayrvin təşəbbüsü ilə indi yeni dövrünü yaşayan, ölkəmizin mədəni və təhsil həyatında hadisəyə çevrilən Qazax Müəllimlər Seminariyasının bərpasında  Şəmistan Nəzirlinin“Qoridən gələn qatar”kitabının və  Şəmistan Nəzirlinin fikirləri əsas göztəricilərdən idi. Son vaxtlarŞəmistan Nəzirli    tez-tez Qazax Müəllimlər Seminarisyasında olur, Seminariyanın tarixi haqqındadəyərli söhbətlər edir, onun tələbələri, müəllimləri və məzunları haqqında maraqlı müsahibələrverir və bundan özü də xüsusi bir məmnunluq duyurdu. Çox təəssüf ki, onun bu gedişi sonuncu gedişoldu və onu sevənlərin qəbində bir sızıltı yaratdı.Professor Ədalət müəllim qeydlərinin sonunda yazır: “Şəmistan Nəzirli Allahın ən sevimlibəndəsi imiş -o, ata, anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səmdə Vurğunun torpağındavə hədsiz sevdiyi  Firudin bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəlimlə Seminariyası kim müqəddəsvbir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız-acısız, ağlı ən son  anadək üstündə olaraq”...

Ruhun şad olsun Böyük İnsan! Xatirən qəlbimizdə yaşayacaqdır.

Ruhuna ehtiramla,
Ramiz Göyüş

 

Chosen
14
1
adalet.az

2Sources