EN

Pezeşkian Şahin Mustafayevi qəbul etdi - YENİLƏNİB

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

*** 23:50

İran Prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.

Chosen
6
32
adalet.az

10Sources