EN

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir



Aprel döyüşlərinin iştirakçısı Amin Novruzov 2020-ci il sentyabr ayından başlanan Vətən müharibəsində Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə vuruşub.

Newscenter.az xəbər verir ki, o, noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.

Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin ailəsinə “YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərilir.



Ruhiyyə Mehdiyeva
Chosen
25
3
newscenter.az

10Sources