Bu daima müzakirə olunur ki, futbolçu olmadan da məşqçi olmaq olar. Bəli, bu nadir hallarda olur, amma, doğrusu, məncə, elə futbolçu olub, sonra yaxşı məşqçi olmaqdır. Metbuat.az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.O bildirib ki, peşəkar futbol oynadığı dövrdə futbolçu psixologiyasını daha dərindən öyrənməyə başlayıb:“Özüm bəlkə də bir az kaprizli futbolçu olmuşam, amma işgüzar idim. Düşünmüşəm ki, digərlərindən fərqli olmalıyam və daha çox çalışmalıyam ki, uğurlu futbolçu olum. Bəzi futbolçularda məşqçi olaraq bunu görmüşəm və anlayıram ki, uğurun açarı daha çox çalışmaqdadır.Bəzən futbolçuların mənim tələblərimdən xoşu gəlmir, çünki onlardan daha çox tələb edir, məşqdən əvvəl, məşqdən sonra və ya məşqdən əlavə vaxtda onlarla yarım saatdan bir saata qədər məşq edirəm. Ola bilər ki, futbolçu olmayan məşqçilər bunu hiss etməsin və futbolçunun narazılığını düzgün anlamasınlar.”