AZ

Qurban Qurbanov: Birinci futbolçu olub, sonra məşqçi olmaq daha yaxşıdır

BAKI, 22 sentyabr. TELEQRAF

Bu daima müzakirə olunur ki, futbolçu olmadan da məşqçi olmaq olar. Bəli, bu nadir hallarda olur, amma, doğrusu, məncə elə futbolçu olub, sonra yaxşı məşqçi olmaqdır.

Teleqraf xəbər verir ki, bu barədə “Qaeabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanob Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O qeyd edib ki, peşəkər futbol oynadığı vaxtlarda daha dərindən futbolçu psixologiyasını öyrənməyə başlayıb:

“Özüm bəlkə də biraz kaprizli futbolçu olmuşam, amma işgüzar olmuşam. Mən düşünmüşəm ki, digərlərdən daha fərqli olmalıyam və daha çox çalışmalıyam ki, daha uğurlu futbolçu olum. Bəzi futbolçularda mən məşqçi olaraq bunu görməyə başlamışam və görmüşəm ki, uğurun açarı daha çox çalışmaqdadır.
Bəzi futbolçların məndən xoşu gəlmir, çünki onlardan daha çox tələb edirəm, onları daha çox işlədirəm və hətta məşqdən əlavə və ya məşqdən sonra və yaxud məşqə kimi onlarla yarım saat, bir saat çalışmağa başlayıram. Ola bilər ki, futbolçu olmayıb məşqçi olanlar da bunları hiss etməsinlər və futbolçunun narazılığını düzgün anlamasınlar”.

Seçilən
54
5
teleqraf.com

9Mənbələr