EN

Harris Netanyahunun hərbi əməliyyatını və Baydenin Qəzza ilə bağlı mövqeyini tənqid edib

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris xatirələrində həm İsrailin Qəzzadakı hərbi əməliyyatlarını, həm də o dövrdə prezident olan Co Baydenin mövqeyini sərt tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Axios"a istinadən xəbər verir ki, sentyabrın 23-də satışa çıxacaq “107 Gün” adlı kitabında Harris yazır ki, Baydendən dəfələrlə çıxışlarında günahsız fələstinlilərin faciəsinə empatiya göstərməsini xahiş edib:

“O, "mən sionistəm" deyə böyük həvəslə bəyan edirdi, amma günahsız fələstinlilər haqqında dedikləri qeyri-səmimi və məcburi səslənirdi”.

Harris İsrailin 7 oktyabr hücumlarına cavab vermək hüququnu tanıdığını bildirsə də, Netanyahunun hərbi əməliyyatlarının qəddarlığının, çoxlu sayda qadın və uşağın həlak olmasının, girovların həyatının ikinci plana atılmasının İsrailin beynəlxalq nüfuzunu sarsıtdığını vurğulayıb.

O həmçinin Demokrat Partiyasını Baydenin ikinci müddətə namizədliyini dəstəkləməkdə “ehtiyatsızlıq” göstərməkdə ittiham edib.

Xatırladaq ki, Bayden 2024-cü il seçkilərində Respublikaçı Donald Trampla debatdakı zəif çıxışından sonra yarışdan çəkilmiş, Demokratların namizədi Kamala Harris olsa da, seçkilərdə Trampa uduzmuşdu.

Chosen
34
1
operativmm.az

2Sources