EN

Rusiya Ukraynanı ballastik raketlərlə VURDU

Bu gecə Rusiya Silahlı Qüvvələri Odessa vilayətinin Tatarbunarı şəhərinə ballistik raketlərlə hücum edib.

Vətəninfo.az xəbər verir ki, hücum nəticəsində Dövlət Audit Xidmətinin 60 yaşlı əməkdaşı həlak olub, daha iki mülki şəxs yaralanıb. Yaralılardan biri xəstəxanaya yerləşdirilib.Odessa vilayət prokurorluğunun yaydığı məlumata görə, zərbələr əsasən kurort ərazilərinə yönəlib. İki istirahət bazasının binaları tamamilə məhv edilib, daha üç baza isə ciddi zərər görüb. Hücum nəticəsində həmçinin dörd ofis binası və üç avtomobil də zədələnib.Hadisə yerində hazırda hüquq-mühafizə orqanlarının, SBU əməkdaşlarının və prokurorların iştirakı ilə istintaq tədbirləri həyata keçirilir. Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi üzrə (hərbi cinayətlər nəticəsində insan itkisi) cinayət işi açılıb.Hücumun digər nəticələri:

Odessa OVA rəhbəri Oleq Kiperin verdiyi məlumata görə, Rusiya gecə saatlarında Tatarbunarı şəhərinin mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəf alıb. Şəhərin mərkəzində ciddi dağıntılar qeydə alınıb.Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına əsasən, hücum nəticəsində 5 ticarət köşkündə yanğın baş verib və operativ şəkildə söndürülüb. Hücum zamanı mehmanxana, Ukrpoçt, Ukrtelekom, Mədəniyyət Evi, inzibati xidmətlər mərkəzi və bir neçə avtomobil zərər görüb.Odessa şəhərində vəziyyət:

Hücumun təsiri Odessa şəhərinə də hiss olunub. Şəhərin Kiyev rayonunda 9 yaşayış binası və bir təhsil müəssisəsi zərər görüb. 130 pəncərə yararsız vəziyyətə düşüb, təhsil müəssisəsində isə 30 pəncərə zədələnib.Həlak olan qadının Dövlət Audit Xidmətinin yoxlayıcısı olduğu təsdiqlənib. Hazırda dağıntıların aradan qaldırılması üzrə işlər davam edir.

Chosen
7
veteninfo.az

1Sources