Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund Co., Ltd" (SRF) şirkəti arasında birgə investisiya fondunun yaradılmasına dair saziş imzalanıb.
FED.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi AİH-in baş icraçı direktoru Ruslan Əlixanov və SRF-in idarəedici direktoru Den Cinxua imzalayıb.
Yeni fond iki ölkə arasında investisiya əməkdaşlığının genişlənməsinə xidmət edəcək. (Report)