EN

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Gürcüstan Daxili İşlər Nazirliyi xaricdən ölkəyə narkotik vasitələrin daşınması kanalını aşkarlayıb.

Sitat.info  xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Məlumata görə, iş üzrə 40 yaşlı Rusiya vətəndaşı A.T., 22 yaşlı Azərbaycan vətəndaşı K.M. və əvvəllər narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 45 yaşlı Gürcüstan vətəndaşı İ.S. təqsirləndirilən şəxslərdir.

“Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, satışının asanlaşdırılması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq davam etdirilir. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs gözləyir”, - məlumatda bildirilir.

Chosen
21
4
sitat.info

9Sources