EN

Kopenhagen və Oslo hava limanları dronlara görə fəaliyyətini dayandırıb

Vətəninfo.az xəbər verir ki, Kopenhagen polisi bildirib ki, Danimarkanın paytaxtı Kopenhagendəki Kopenhagen hava limanı bölgədə uçan dronlara görə sentyabrın 22-də axşam saatlarında gələn və gedən uçuşları dayandırıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki və ya üç pilotsuz təyyarə aşkarlanıb.

Təxminən üç saat sonra Kopenhagen hava limanı sosial mediada fəaliyyətini bərpa etdiyini açıqlayıb. “Lakin reyslərin ləngiməsi və təxirə salınması mümkündür. Sərnişinlərdən öz hava yolları ilə əlaqə saxlamaları xahiş olunur”, – məlumatda deyilir.

Polis və digər hüquq-mühafizə orqanları araşdırma aparır.

BBC News-un Flightradar24-ə istinadən verdiyi məlumata görə, Kopenhagenə uçan təxminən 35 reys başqa hava limanlarına yönləndirilib. Danimarka polisinin müfəttiş müavini Yakob Hansen mətbuat konfransında deyib: “Dronların haradan gəldiyi məlum deyil. Bundan sonra hara getdikləri də məlum deyil”.

Norveçin paytaxtı Oslodakı Qardermoen hava limanında da naməlum pilotsuz təyyarə görüntülənib. Gardermoen-in sözçüsü NRK-a bildirib ki, hava limanının üstündəki hava məkanı gecə yarısından  bağlı olub. Yerli vaxtla təxminən 03:30-da hava limanı uçuşların bərpa olunduğunu elan edib.

NRK, Flightradar24 məlumatlarına istinadən xəbər verir ki, bağlanmadan əvvəl ərazidə ən azı altı təyyarə olub. Təyyarələr başqa hava limanlarına yönləndirilib.

Chosen
10
veteninfo.az

1Sources