EN

ABİF sənaye və enerji sahəsində yeni əməkdaşlıq müqavilələri imzaladı

Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) sənaye və istehsal sahəsində bir sıra yeni əməkdaşlıq razılaşmalarına imza atıb.

Day.Az xəbər verir ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.

Belə ki, ilk olaraq ABİF ilə "Basalt Group" MMC arasında "Azerbazalt Elmi-İstehsalat Birliyi" MMC-yə dair Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə ABUF-in baş direktoru Yasin Cəlilov və "Basalt Group" MMC tərəfindən imza atılıb. Layihə çərçivəsində ölkədə sənaye və elmi-istehsalat potensialının inkişafı nəzərdə tutulur.

Bununla yanaşı, ABİF ilə "ARGS Holding" MMC arasında da yeni əməkdaşlıq razılaşması əldə olunub. Tərəflər "AzerFloat" ASC-nin nizamnamə kapitalına investisiya qoyuluşu ilə bağlı Birgə İştirak Müqaviləsi imzalayıblar. Sənədə Azərbaycan Biznesin İnkişafı Fondu və "ARGS Holding" MMC-nin icraçı direktoru imza atıb. Bu razılaşma yerli sənaye istehsalının genişləndirilməsinə, xüsusilə də şüşə məhsulları bazarının inkişafına yönəlib.

Bundan başqa, enerji infrastrukturunun inkişafı məqsədilə "EelElectric" MMC ilə "ABB Group" (Türkiyə) arasında modul panel sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Müqaviləyə "EelElectric" MMC-nin direktoru Vüsal Mirzəyev və "ABB Group"un (Türkiyə) ölkə meneceri Mahmud Rzayev imza atıblar. Əməkdaşlıq çərçivəsində müasir texnologiyaların tətbiqi ilə enerji infrastrukturunun inkişaf etdirilməsi planlaşdırılır.

Bu razılaşmalar ölkədə sənaye, elmi-istehsalat və enerji sahəsində yeni imkanlar yaradaraq, iqtisadi inkişafın dəstəklənməsinə xidmət edəcək.

Chosen
40
4
day.az

5Sources