AZ

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda yeni sazişlər imzalanıb

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda yeni sazişlər imzalanıb.

APA-Economics” xəbər verir ki, forum çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması həyata keçirilib.

İlk olaraq, Azərbaycan Biznesin İnkişafı Fondu (ABIF) və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Sazişi imzalanıb. Sazişi ABIF-in baş direktoru Yasin Cəlilov və “Basalt Group” MMC-nin rəhbərliyi imzalayıb.

Bundan əlavə, ABIF və “ARGS Holding” MMC arasında “AzerFloat” ASC-nin nizamnamə kapitalına investisiya ilə bağlı Birgə İştirak Sazişi imzalanıb. Sənədi Azərbaycan Biznesin İnkişafı Fondu ilə yanaşı “ARGS Holding” MMC-nin icraçı direktoru imzalayıb.

Eyni zamanda, “EelElectric” MMC ilə “ABB Group” (Türkiyə) arasında Modul Panel Sistemlərinin quraşdırılması üzrə müqavilə imzalanıb. Müqaviləni “EelElectric” MMC-nin direktoru Vüsal Arastun oğlu Mirzəyev və “ABB EL, ABB Group”un ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

Seçilən
42
4
apa.az

5Mənbələr