EN

İranlı qatil qadın 10 dəfə edama məhkum edildi

20 il ərzində nikaha girdiyi və ya siğə yolu ilə birlikdə olduğu 11 kişini öldürən mazandaranlı Gülsüm Əkbəri barəsində məhkəmə qərarı açıqlanıb.

Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, Gülsüm Əkbəri 11 kişini öldürdüyünə görə 10 dəfə edam cəzasına, 1 qətlə cəhd etdiyinə görə isə 10 il həbs cəzasına məhkum edilib.

Onun öldürdüyü kişilərdən birinin ailəsinin onu bağışladığı bildirilib.

Qeyd edək ki, qatil qadın tora saldığı kişiləri cinsi fəallığı artıran dərmanlara qatdığı uyuşdurucu maddələrlə yuxuya verərək, onları öldürüb.

Chosen
18
2
axar.az

3Sources