EN

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb.

Demokrat.az xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.

Mərasimdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol" imzalanıb.

Chosen
29
10
demokrat.az

5Sources