AZ

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanacaq.

XANKƏNDİ, 22 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanacaq.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, təhsil sahəsində ikitərəfli görüş Xankəndi şəhərində Qarabağ Universitetində keçirilir.

Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş başlanılıb. Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017 - ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol”un imzalanması gözlənilir.

Qeyd edək ki, görüş öncəsi nazirlər Qarabağ Universitetilə tanış olublar. Qonaqlara, burada yaradılan maddi-texniki baza və tədris prosesi barədə məlumat verilib.

Seçilən
50
10
teleqraf.com

5Mənbələr