EN

Dövlət Agentliyinə alkoqollu içkilərlə bağlı yeni səlahiyyət verilib

Bakı. Trend:

“Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərinistehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsihaqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi etil(yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxal vəsatışına dövlət nəzarətinin gücləndirilməsini təmin etmək, daxilibazara keyfiyyətsiz alkoqollu içkilərin və nəzarətsiz olaraqspirtin gətirilməsinin, habelə alkoqollu içkilərin qeyri-qanuniistehsalının qarşısını almaq məqsədilə bu məsələyə dair qəbuledilmiş normativ-hüquqi aktların icrası üçün təsirli tədbirlərhəyata keçirəcək.

Qurum həmçinin görülmüş işlər barədə hər rüb Nazirlər Kabinetinəməlumat verəcək.

Chosen
43
19
az.trend.az

10Sources